Özbəkistan prezidenti Azərbaycanın elm və mədəniyyət xadimlərini təltif edib - SİYAHI

img

30-08-2022 [12:08]


Özbəkistan prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini təltif edib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA