Prezident fərman imzaladı: FHN və DİN-ə yeni səlahiyyət verildi

img

29-08-2022 [16:27]


Prezident İlham Əliyev fərman imzalayıb.

Mia.az xəbər evrir ki, fərmana əsasən, əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqındakı məsələlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA