Həlak olan hərbçiyə şəhid statusu veriləcək

img

29-08-2022 [10:42]


Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

Məlumata görə, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq/Report.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Mia.az

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA