"ABŞ və Fransa səfirləri Şuşaya səfərdən nümayişkaranə şəkildə imtina edirlər" - Hikmət Hacıyev Minsk Qrupu və BMT-ni tənqid etdi, sərt mesajlar verdi
27-08-2022 [15:05]
"ATƏT-in Minsk qrupunun reanimasiyası cəhdləri riyakarlıq və utancverici addımdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər: "Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Onların burada iştirak etməməsini başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəqin ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirdiklərini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha danışıqlar prosesində 30 illik dövrdə - hansı ki Azərbaycanın vaxtını aldı - hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir.
Kimlər tərəfindənsə ATƏT-in Minsk qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır. Minsk qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk qrupu özü-özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir"/Report.
Mia.az-ın məlumatına görə, H.Hacıyev deyib ki, münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb: “Normalda 30 ildən artıq davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş post-münaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər edilməli və bu münaqişənin həll edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları, əslində təqdir olunmalı idi. Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan artıq belə münasibətə öyrəşib: "Azərbaycana münasibətdə “Marşal planı” yoxdur. Bəlkə Azərbaycan xalqı və dövləti onların təqdim edəcəyi formada bunun arzusunda da deyil. Bizim özümüzün milli resurslarımız var. Amma burada həmrəylik nümunələri çox vacibdir. Məsələn, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın qardaş dəstəyi, Füzuli şəhərində məktəb layihəsi ilə bağlı təkliflər və digər layihələr həmrəyliyin, qardaşlığın nümunəsidir. Bu kimi addımlar Azərbaycan tərəfindən də müsbət qiymətləndirilir”.
Prezidentin köməkçisi daha sonra deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına prosesi, ilk növbədə, ikitərəfli prosesdir: "Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var. Hazırda Avropa İttifaqı, o cümlədən Rusiya tərəfindən ikitərəfli əsasda buna müəyyən cəhdlər göstərilir, imkanlar təqdim edilir. Azərbaycan da bunda maraqlıdır. Gündəlikdə duran məsələlər sülh müqaviləsi, delimitasiya, nəqliyyat, itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərdir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir. Prezident İlham Əliyev Basqaldakı çıxışında bu məsələləri xüsusilə vurğulayıb”.
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var: "Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir. Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var. Beynəlxalq ictimaiyyət çaşdırılır, yanlış məlumatlar verilir. Orada yaşayan ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin tərkib hissəsi olduğu, qeyri-qanuni məskunlaşmanın isə Cenevrə Konvensiyası və beynəlxalq hüquqa görə əslində, müharibə cinayəti olması kimi faktlar da beynəlxalq ictimaiyyətə çatdırıldı. Bütün bunların hamısı razılaşmalar əsasında atılmış addımlardır. Bu, üçtərəfli bəyanatda da müəyyən olunmuş şərtlərdən biridir və Azərbaycan Laçın şəhəri üzərində də öz suverenliyini tam şəkildə bərqərar etmiş oldu. Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Prezidentin dünənki tviti də müharibə dövründə yaşadığımız sevincləri hər bir Azərbaycan vətəndaşına bir daha yaşatmış oldu”.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir. Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib: "Şuşada keçirilən konfrans çərçivəsində bizim humanitar yardım gündəliyimiz də ictimaiyyətin diqqətinə çatdırılır: “Xüsusən Ermənistanın işğal dövründə həyata keçirdiyi vandallıq siyasəti barədə tədbir iştirakçıları məlumatlandırıldı. Onlar yol boyunca dağıdılmış ərazilərlə tanış oldular. Dağıntılarla yanaşı, Ermənistanın bu illər uzunu həyata keçirdiyi minalama siyasəti və bunun nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlər, onun təmizlənməsi ilə bağlı problemlər barəsində ətraflı məlumat verilir.
Bu yaxınlarda “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Yalnız bir məntəqədə 900-dən artıq piyada əleyhinə mina müəyyən edildi. Bunlar 2021-ci ildə Ermənistan ərazisində istehsal edilib. Bu, onu göstərir ki, Ermənistan riyakarcasına minalama siyasətini hələ də davam etdirir. Həmçinin Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğu və bunun regional sülh üçün yarada biləcəyi potensial risklər, xüsusən də cənab Prezidentin gündəliyində itkin düşən şəxslər mövzusu daim aktualdır. Cənab Prezident tərəfindən xarici tərəf müqabilləri və dövlət başçıları ilə təmasları zamanı bu mövzu davamlı şəkildə qaldırılır. Çünki post-münaqişə reallığında barışığın və ədalətin təmin edilməsinin başlıca meyarlarından biri də məhz itkin düşmüş şəxslər mövzusuna Ermənistan tərəfindən cavab verilməsidir. Buradakı kütləvi məzarlıqların yeri barədə Ermənistan hökumətində məlumat var, amma Ermənistan bunu gizlədir. O yerlər haqqında məlumat verilərək qalıqların ekshumasiyası həyata keçirilərək, DNT analizləri vasitəsilə ailələrə məlumat verilməlidir. Bu məsələ də gündəliyimizdə aktiv mövzu olaraq qalmaqdadır”.
Mia.az
***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib.
Mia.az xəbər verir ki, o, tədbirdə çıxışı zamanı ABŞ və Fransanın Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı oldmadıqlarını bildirib.
"ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir”, - H.Hacıyev deyib.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi