İlham Əliyev: "Xəbər bizi olduqca kədərləndirdi"

img

27-08-2022 [11:26]


Prezident İlham Əliyev Pakistan prezidenti Arif Alviyə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!".

Xatırladaq ki, Pakistanda leysan yağışları selə səbəb olub. Nəticədə 1000-ə yaxın adam ölüb, xeyli itkin və yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA