Əli Əsədov Mixail Mişustinlə bir arada - Baş nazirlər müzakirə aparıblar - Açıqlamalar

img

25-08-2022 [20:25]


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə etdilər.

***

“Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir, bu, çox yaxşıdır”.

Bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.

O, Ə. Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.

Azərbaycanın Baş naziri Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib: “Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA