Xankəndidə partlayış olub - VİDEO

img

25-08-2022 [15:32]


Xankəndi şəhərində partlayışla bağlı yeni məlumatlar ortaya çıxıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, oksigen avadanlıqları sexində yanğın baş verdiyi, nəticədə yüksək təzyiqli balonların partladığı bildirilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.

***

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində partlayış olub.

Məlumata görə, evlərdən birində qaz balonu partlayıb, daha sonra yanğın başlayıb.

Digər məlumatda isə bildirilir ki, tikililərdən birində başlayan yanğının ardınca partlayış baş verib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA