Kəmələddin Heydərov məşhur generalı vəzifədən çıxardı - Yeni təyinatlar

img

24-08-2022 [10:14]


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub.

Mia.az manset.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə isə, Şahmar Paşayevə yeni vəzifə verilməyib. O, əksinə, vəzifəsindən çıxarılıb. Yeninə isə yeni təyinat olub (Bu barədə dəqiqləşdirməmiz olacaq). 

Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun həmyerlisi olan Şahmar Paşayev uzun illər polis sistemində işləyib. Onun polisdəki sonuncu iş yeri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsi olub. Sonradan o, FHN-ə "transfer" olunub. Hal-hazırda oğlu da Bakıda polis bölməsində rəisdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA