Prezidentin köməkçisi: "Uğurlar, "Qarabağ""

img

24-08-2022 [09:31]


“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA