Prezident Azərbaycanla Özbəkistan arasında bir sıra sazişləri təsdiqləyib

img

23-08-2022 [14:38]


Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, sənaye sahəsində, hərbi sahədə və regionlararası əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərmanlar imzalayıb.

Qeyd edək ki, həmin sənədlər 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Bundan əlavə, dövlət başçısının daha bir fərmanı ilə 2022-ci il iyunun 20-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA