Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-08-2022 [00:12]
Qoç - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın. Səhhətinizlə bağlı problem riski var. Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Buğa - günün ilk yarısından etibarən bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin, vurnuxmaların fiqurantına çevrilməyin. İşgüzar əlaqələri intensivləşdirin.
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun, təmkinli davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri müzakirə etmək olar. Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini də nəzərə alın. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Əkizlər - məntiqlə davranın, radikal qərarlar qəbul etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat yorğunluq bir çox xəstəliklərin mənbəyidir. Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir. Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri ayırd etmək üçün əlverişli zaman deyil. Anlaşılmazlıq və mübahisə riski az deyil.
Xərçəng - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Şir - hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - ünsiyyətdə qarşılıqlı maraqları ön plana çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi, əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada yerinə yetirin. Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma, dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın. Sizə dəyər verən insanlarla münasibətləri korlamayın. Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Tərəzi - mənəvi və fiziki sağlamlığın vəhdətinə nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.
Əqrəb - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - günün ilk yarısından səs-küydən, qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan uzaq durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən yaxın perspektivi düşünün.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə harmoniya yaradın.
Oğlaq - günün ilk yarısından etibarən aqressiv olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın, emosiyalara qapılmayın.
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır. Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Dolça - gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib zaman olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb edən məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə üzvlərinə yetərincə vaxt ayırın.
Stressdən mütləq şəkildə qurtulun.
Balıqlar - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.
Milli.Az
Dövlət Agentliyi və Maliyyə Nazirliyindən Qərbi Kaspi universitetindəki qalmaqala - Reaksiyalar (AÇIQLAMALAR)
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib