İlham Əliyev yoxlamalarla bağlı fərman verib - Dəyişiklik

img

22-08-2022 [18:34]


Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.5-2-ci bəndinə “yoxlama başa çatanadək)” sözlərindən sonra “, habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində” sözləri əlavə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA