"Siz yarışlarda mükəmməl çıxış etdiniz və..." - Mehriban Əliyevadan paylaşım

img

21-08-2022 [23:11]


Birinci vitse-prezident Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarındakı uğurumuzla bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində yer alan paylaşımda deyilir:

“Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm!

Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA