Siyəzən və Şabrandakı yanğınlar tam söndürülüb

img

21-08-2022 [18:48]


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA