Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-08-2022 [00:17]
Qoç - İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın. İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin. Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.
Situasiyaya təmir rıçaqlarını zəiflətməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər.
Buğa - İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin. Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq. Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.
Yaxın gələcəklə bağlı planları səbatlı hala salın. Alış-veriş üçün uğurlu vaxtdır.
Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.
Axşam saatlarında evdə istirahət edin.
Əkizlər - Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.
Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.
Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.
Boş vaxtınız olarsa, dincəlin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng - Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər. Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür. Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər. Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz. Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın. Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız. Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin.
Şir - Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.
Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.
Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.
Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.
Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər.
Qız - Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.
Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.
Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.
Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin.
Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər.
Tərəzi - Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!
Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.
Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.
Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.
Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.
Əlavə işdən boyun qaçırmayın.
Poçtu yoxlayın - uzaqdan xəbərlər gələ bilər.
Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun.
Əqrəb - Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.
Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.
İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.
Baş çəkməyi arzuladığınız yer varmı?
İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.
Səhhətinizə fikir verin.
Pəhrizə başlamaq olar.
Oxatan - Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.
Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.
Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.
Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.
Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın.
Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil.
Oğlaq - Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.
Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.
Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.
Alış-veriş etmək olar.
Axşam saatlarını xoş məclisdə keçirin.
Dolça - İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.
Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.
Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.
Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.
Uzaqgörən və soyuqqanlı olun.
Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır.
Balıqlar - Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.
Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.
Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün. Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin.
Milli.Az
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır