İsmayılıda qəsdən yanğın törədən şəxs saxlanılıb - VİDEO

img

20-08-2022 [12:43]


Qəsdən yanğın törətmə faktının üstü açılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, avqustun 19-da FHN-nin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.

Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA