MN: "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib

img

17-08-2022 [15:45]


“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA