İranda "Snayper həddi" müsabiqəsi: sınaq atışları yerinə yetirilib - MN açıqlama yaydı

img

16-08-2022 [16:56]


İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.

Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA