FTB Trampın evinə girdi: 20-yə yaxın məxfi sənədlərlə dolu qutular götürülüb - Aralarında nüvə proqramına aid sənədlər olduğu da iddia olunur

img

12-08-2022 [20:29]


Federal Təhqiqat Bürosu (FTB)  ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evində axtarış aparıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, ölkədə böyük səda doğuran axtarış zamanı Trampın gizlətdiyi xeyli məxfi sənədlər aşkarlanıb.

İddiaya görə, evdən 20-yə yaxın qutularda sənədlər çıxarılıb. Onların arasında nüvə proqramı ilə bağlı sənədlər də olub.

ABŞ Ədliyyə naziri axtarışın şəxsən onun rəhbəlii altında aparıldığını bəyan edib.

Tramp isə axtarışa belə reaksiya verib: "Əgər FTB bu sənədləri məndən istəsəydi, verərdim. Axtarışa bunun çünü ehtiyac yox idi. O sənədlər əhəmiyyətini itirmiş sənədlər idi".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA