Rəsmi Kiyevdən Krımda baş verənlərə reaksiya: "Rusiyalı hərbçilər bilməlidr ki..."

img

11-08-2022 [12:55]


Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Krım və Belarusda baş vermiş partlayışlara münasibət bildirib.

O, bu barədə tviter səhifəsində yazıb: “Rusiyalı hərbçilər hərbi aerodromlarda baş verənləri xəbərdarlıq kimi qəbul etməlidirlər. Bu, o deməkdir ki, Ukraynanı unudun, hərbi formanızı çıxarın və ərazimizi tərk edin”.

O həmçinin qeyd edib ki, əks halda qarşı tərəf Krımda və Belarusda özlərini təhlükəsiz hiss edə bilməyəcəklər/Report.

Xatırladaq ki, Ukrayna ordusu bir neçə gün əvvəl Krımdakı bir sıra strateji obyektlərə zərbələr endirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA