Kəlbəcərdə şəhid olan hərbçimiz Naxçıvanda dəfn olundu

img

06-08-2022 [16:50]


Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub.

Mia.az xəbər verir ki, onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA