Bakıda özəl məktəblər: illik 56 min manata qədər təhsil haqları var - SİYAHI
04-08-2022 [15:59]
Azərbaycanda dövlət məktəbləri ilə yanaşı, kifayət sayda özəl təhsil ocaqları da fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuzdur.
Ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə isə illik təhsil haqqı müəssisənin reytinqinə görə dəyişir.
Amma bu məktəblərə müraciət edənlər də az deyil.
Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-56 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5000 -16 min manat arasındadır. Əlbəttə ki, bu məktəblərdə təhsil hər kəs üçün əlçatan və əlverişli deyil.
Təhsil haqqına məktəbli forması, nəqliyyat xidməti, naharı da əlavə etsək, bir uşağın xərcinin nə qədər yüksək məbləğə başa gələcəyini təsəvvür etmək çətindir. Bəzi məktəblər isə qiymətindən asılı olaraq şagirdlərin qıdalanmasını və məşğuliyyət saatlarını özləri təmin edir. Bununla bərabər faktiki olaraq özəl məktəblərdə 11 illik təhsili bitirmək üçün valideyn təxminən 50000 - 100 000 min manata başa gəlir ki, bu pula mənzil sahibi olmaq olar.
Məsələ burasındadır ki, özəl məktəblərdə təhsil haqqının baha olmasının bir səbəbi də məktəb binalarının illik icarə haqlarının 500 min manatdan yuxarı olmasıdır.
Mia.az xəbər verir ki, Bizim.Media özəl məktəblərdəki qiymətlərlə bağlı araşdırma aparıb:
Ən bahalı məktəb Bakının Yasamal rayonunda yerləşən “Azərbaycan Beynəlxalq Məktəbi” (TİSA)-dir. İllik təhsil haqqı və qeydiyyat 31 690$+500$ (56 100 manat)-dır. Tədris yalniz ingilis dilində aparılır.
Dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Qiymətə yalnız dərnəklər daxildir. Digər xərclər və qidalanma əlavə ödənişlidir.
“Müasir İnnovasiyalar Liseyi”ndə illik təhsil haqqı 6 000-7 000 manatdır. Lisey Xətai rayonunda yerləşir. Tədris 3 dildə aparılır. Şagirdlər 09:00-dan 17:00-a kimi liseyin daxilində olurlar. Qiymətə gündə 1 dəfə qidalanma və dərnəklər daxildir.
Nərimanov rayonunda yerləşən “Erudit” liseyində təhsil haqqı 9 ay üçün 5 000 manatdır. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Uşaqlar səhər 09:00-dan axşam 18:00-a kimi liseydə olurlar. Şagirdlər gündə 2 dəfə qida ilə təmin olunurlar. Dərnəklər, qidalanma və dərsliklər qiymətə daxildir.
“Qərb Universitetinin Məktəbi” – İllik təhsil haqqı 4 300 manatdır. Məktəb şagirdləri nəqliyyat xidmətindən istifadə edərlərsə, illik 5 100 manat ödəməlidirlər.
“Evrika” liseyində təhsil 8 000-9 000 manatdır. Əlavə olaraq 500 manat dərsliklər üçün və 100 manat ekskursiya pulu tələb olunur. Tədris 3 dildə aparılır. Şagirdlərə gündə 2 dəfə (səhər və günorta) yemək verilir. Dərnəklər və dərsliklər qiymətə daxildir.
“Bakı Oksford Məktəbi”ndə məktəbəqədər hazırlıq mərhələsinin illik təhsil haqqı 7 500 AZN, ibtidai məktəbdə 15 500 AZN, tam-orta məktəbdə də ( 6-11/12-ci sinif) 15 500 AZN-dir. Tədris yalnız ingilis dilində aparılır. Şagirdlərin dərs saatı səhər 09:00-dan 14:45-ə kimidir. Qiymətə gündə 2 dəfə qidalanma, dərnəklər və məktəb forması daxildir.
“Müasir Təhsil Kompleksi”ndə tədris 3 dildə aparılır. Təhsil haqqı 16 000 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, dərsliklər və 3 dərnək daxildir. Dərslər 08:30-dan 15:00 kimidir.
“Bakı Fransız Liseyi” Bakının Xətai rayonunda yerləşir. Tədris yalnız fransız dilində aparılır. Şagirdlərin dərs saatı 08:30-dan 15:00-a kimidir. Təhsil haqqı 15 000 – 19 000 manatdır.
Kompleksdə illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün bağça 8 000 AZN, ibtidai məktəb 15 000 AZN, Kollec və Lisey 16 100 AZN, 1-12-ci siniflər 19 000 AZN-dir. Xarici vətəndaşlar üçün bağça 4 550 avro, ibtidai məktəb 8 500 avro, kollec və lisey 9 150 avro, 11-12-ci siniflər 9 950 avrodur. İlkin qeydiyyat haqqı 600 AZN-dir. Yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir.
Təkrar qeydiyyat haqqı (ötən ilin şagirdləri üçün) 200 AZN-dir və bu ödənişlər geri qaytarılmır. Həmçinin, kitab və dərs ləvazimatlarının xərci də təhsil haqqına daxil deyil. Qiymətlərə yalnız 1 dəfə qidalanma daxildir.
“SABIS® SUN International School” Hövsanda yerləşir. İbtidai təhsil üzrə illik təhsil haqqı 11 500 AZN, orta təhsil üzrə isə 11 900 AZN təşkil edir. Əlavə 1 000 manat transfer pulu götürülür.
Qiymətə gündə 2 dəfə qidalanma daxildir. Məktəb forması və dərnəklər üçün əlavə ödəniş olunmalıdır. Şagirdlərin dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Bu məktəbdə təhsil ingilis dilində aparılır.
“Landau School”da tədris 3 dildə aparılır. İllik təhsil haqqı 5 600-8 000 manat arası dəyişir. Şagirdlər 08:40-dan 14:00-a kimi liseydə olurlar. Qida və dərnəklər qiymətə daxil deyil.
“Kaspi” liseyində təhsil haqqı 6 400-8 400 manat arası dəyişir. Qiymətə gündə 1 dəfə qidalanma, məktəb forması və 2 dərnək daxildir. Dərs saatı 08:30-dan 16:00-a kimidir. “Kaspi” liseyi – qiymətlərin dəyişməsi müəssisənin yerləşdiyi filialdan, bölmədən, sinifdən asılıdır.
Belə ki, Bakıxanov filialında Azərbaycan bölməsi I-IV siniflər 6 400 AZN, V-IX 6 900 AZN, X-XI 5 500 AZN, Ağ şəhər filialında isə Azərbaycan bölməsi I-IV siniflər 6 900 AZN, V-IX siniflər 7 400 AZN, X-XI siniflər 6 000 AZN, rus bölməsi I-IV siniflər 7 900 AZN, V-IX siniflər isə 8 400 AZN-dir.
Xəzər Universitetinin “Dünya məktəbi” – Burada qiymətlər Azərbaycan, rus və ingilis bölməsindən, siniflərdən asılı olaraq dəyişir. Belə ki, Azərbaycan və rus bölmələri üçün 1-8-ci siniflər üzrə 8 000 AZN, 9-11-ci siniflər üzrə 8 500 AZN, ingilis dili bölməsi üçün 1-4-cü siniflər üzrə 9 500 AZN, 5-9-cu siniflər üzrə 11 000 AZN müəyyən edilib.
İB Diplom Proqramı X-XI siniflər dünya məktəbinin şagirdləri üçün 12 000 AZN, digər məktəbin şagirdləri üçün isə 14 000 AZN-dir. Bundan əlavə məktəbdə alman və çin dilləri də öyrədilir.
“İdrak” liseyində təhsil 3 dildə aparılır. İllik təhsil haqqı 8 000 manatdan başlayır. Qiymətə 2 dəfə qidalanma, 3 dərnək daxildir. Dərs saatı 08:30-dan 16:00-a kimidir.
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”dir. İllik təhsil haqqı 8 000-13 000 manat arasında dəyişir. Azərbaycan bölməsi 8 000 AZN, rus bölməsi 10 000 AZN, ingilis bölməsi 12 000 AZN. Qiymətə 3 dildə tədris, 3 dəfə qidalanma, 1 dəst məktəbli forması, dərsliklər, dərnəklər və ekskursiyalar daxildir. Dərs vaxtı 08:30-dan 16:00-a qədərdir.
“Avropa Azərbaycan Məktəbi” Bakının Yasamal rayonunda yerləşir. Burada tədris yalnız ingilis dilində aparılır və əlavə olaraq şagirdlərə 5 dil keçirilir. İllik təhsil haqqı 9 550 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, məktəbli forması və dərnəklər daxildir. Dərs saat 08:30-dan 16:00-a kimidir.
“Hədəf” liseyində təhsil haqqı 6 300 – 7 200 manat təşkil edir. Qiymətə gündə 2 dəfə qidalanma, 1 dəfə meyvə saatı və 2 dərnək daxildir. Şagirdlər 8:30-dan 16:00-a kimi liseyin daxilində olurlar.
“Bakı Britaniya Məktəbi”ndə illik təhsil haqqı 12 000-14 000 manat təşkil edir. Qiymətə qidalanma, forma və dərnəklər daxildir. Dərslər səhər saat 08:30-dan 15:00-a kimi aparılır. Azərbaycan Britaniya Kolleci (ABC – Azərbaijan British College) – Burada qiymətlər təhsil səviyyəsindən asılı olaraq dəyişir: “Primary” – 15 400 AZN, “Secondary” – 16 400 AZN, “A-level” – 16 500 AZN-dir.
“Oxbridge Academy” məktəbində təhsil 6 500$ (11 050 manat)-dır. Qiymətə yalnız təhsil daxildir. Məktəbin daxilində gündə 1 dəfə nahar saatı olur və bunun üçün əlavə ödəniş tələb olunur. Forma və əlavə olan bütün xərclər qiymətə daxil deyil.
Dərs zamanı səhər 09:00-dan 15:00-a qədərdir. Onu da bildirək ki, sözügedən təhsil ocağında 1-6 siniflərdə təhsil haqqı 6 500, 7-9 siniflərdə 7 800, 10-11 siniflərdə, 9100, 12-13-cü siniflərdə isə 11 700 dollardır.
“Bakı Modern Təhsil Kompleksi”ndə illik təhsil haqqı 12 000 manatdan başlayır. Burada gündə 3 dəfə qidalanma, dərnəklər, dərsliklər qiymətə daxildir. Təhsil səhər saat 09:00-dan 17:15-ə kimi aparılır. Ev tapşırıqlarının hər biri məktəbdə həll olunur. Əlavə olaraq aylıq 100 manat transfer xidmətidir.
Azərbaycanda fəaliyyət göstərən türk liseyləri:
“Türkiyə Dəyanət Vəqfi” liseyi odənişsizdir. Dərs saatları 09:00-dan 15:00-a kimidir.
“Bakı Türk Anatoliya” məktəbi yalnız türk vətəndaşlarını qəbul edir.
“Bakı Atatürk liseyi”ndə təhsil haqqı 3 500 manatdır. Tədris Azərbaycan və türk dilində aparılır. Dərs saatı günorta 13:40-dan axşam 17:30-a qədərdir. Qiymətə qida və digər xərclər daxil deyil.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərin təhsil haqqı xərcləri dünyanın ödənişli təhsil ocaqları ilə müqayisədə qat-qat çoxdur.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı