Müdafiə Nazirliyi yeni məlumat yaydı - VİDEO

img

03-08-2022 [10:07]


Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA