Prezident İlham Əliyev daha bir fərman imzalayıb

img

02-08-2022 [15:17]


Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 11 aprel 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı” genişləndirilib.

Belə ki, siyahıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri, struktur bölmələrinin rəisləri və onların müavinləri, struktura daxil olan qurumların rəisləri və onların müavinləri əlavə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA