AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ÖZBƏKİSTAN ARASINDA YENİ BƏYANNAMƏ İMZALANDI - Nazirlər birgə mesajlar verdi (FOTOLAR)
02-08-2022 [12:57]
“Bugünkü görüş yüksək səviyyəli danışıqların məntiqi davamı və üç strateji və mənəvi cəhətdən yaxın tərəfdaş dövlət üçün tamamilə yeni əməkdaşlıq formatıdır ki, bu da regional və beynəlxalq siyasətin aktual məsələlərinin hərtərəfli müzakirəsi üçün unikal imkan yaradır”.
Mia.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə deyib.
Nazir bildirib ki, bu gün biz nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturunun inkişafı yolu ilə də qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədik: "Üzvləri Özbəkistan, Azərbaycan və Türkiyə olan beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirdik. Eyni zamanda, tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər. Belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq”.
Nazirin sözlərinə görə, milli ənənələr, dil, mədəniyyət və dinə əsaslanan mədəni-tarixi yaxınlıq, çoxəsirli əlaqələr qədimdən bəri ölkələrimizi bir-birinə bağlayır: "Dövlətlərimizin başçılarının müəyyən etdiyi siyasi iradə və kurs sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bu gün əməkdaşlıq tarixində ən yüksək səviyyədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin martında rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri strateji tərəfdaşlığımızın yeni mərhələsini açıb, bütün sahələrdə ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə təkan verib”.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov isə deyib ki, Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib.
Nazir bildirib ki, o, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.
O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Nazir əlavə edib ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni üçtərəfli əməkdaşlıq formatı müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə öz töhfəsini verəcək və qarşılıqlı maraq kəsb edən regional məsələlər üzrə əməkdaşlığı möhkəmləndirəcək: "Biz energetika, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində imkanları nəzərdən keçiririk”
C.Bayramovun sözlərinə görə, Daşkənd Bəyannaməsi və üçtərəfli görüşün nəticələri bütün tərəflərin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu sübut edir: “Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafla bağlı çağırışların artdığı dövrdə Özbəkistan, Azərbaycan və Türkiyə arasında yeni üçtərəfli platforma regional əməkdaşlığı inkişaf etdirmək üçün mövcud səylərə uyğun gəlir. Gözləyirik ki, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin rəhbərlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı ikitərəfli əlaqələrlə yanaşı, sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticari əlaqələrin, həmçinin transsərhəd biznes fəaliyyətinin genişlənməsinə töhfə verəcək”.
O, yeni platformanın gələcəkdə nəzərdən keçiriləcək daimi formata çevriləcəyinə əminliyini qeyd edib: "Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və davamlı əməkdaşlığın təmin edilməsi məqsədilə bu əməkdaşlığı gücləndirmək üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd ediib ki, Türk Dövlətləri Təşkilatının sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək: “Özbəkistan ilk dəfə Türk Dövlətləri Təşkilatına sədrlik edəcək. İnanırıq ki, Səmərqənd sammiti ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaq”.
M.Çavuşoğlu əlavə edib ki, Ankara ilə Daşkənd arasında münasibətlər genişmiqyaslı strateji tərəfdaşlıq xarakteri daşıyır, Türkiyə ilə Azərbaycan arasında dialoq isə müttəfiqlik səviyyəsindədir.
İqtisadi əməkdaşlığa toxunan Türkiyənin xarici işlər nazirin sözlərinə görə, ölkəsinin Azərbaycan və Özbəkistanla ticarət dövriyyəsində artım var: “2021-ci ilin sonunadək Azərbaycanla ticarət dövriyyəsi 5 milyard dollara, Özbəkistanla isə 3,6 milyard dollara çatıb. Rəsmi Ankara bu rəqəmləri daha da artırmağı və ölkələrimizin liderləri tərəfindən müəyyən edilmiş 10 milyard dollar həddinə çatdırmağı hədəfləyir”.
O vurğulayıb ki, Türkiyə türk dövlətləri ilə əlaqələri qarşılıqlı faydaya və maraqlara hörmət əsasında daha da inkişaf etdirməyi hədəfləyir.
***
“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə paylaşım edib: “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”.
Xatırladaq ki, Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb: “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma üzrə infrastruktur layihələrində işlərində iştirakını yüksək qiymətləndirir”.
Bundan başqa, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycanın Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi