Azərbaycan Ordusunun Mühəndis Qoşunları təlim keçir - MN-dən açıqlama

img

01-08-2022 [12:23]


Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA