Zelenski xalqa yenidən müraciət etdi: "Rusiyanın bircə zərbəsi cavabsız qalmayacaq"

img

01-08-2022 [09:27]


"Strateji baxımdan Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur".

Mia.az xəbər verir ki, bunu  Ukrayna Prezidenti Volodimir Zelenski dünənki müraciətində deyib.

O bildirib ki, Ukrayna Rusiyanın taktiki səviyyədə itkisini hiss etməsi üçün əlndən gə\ləni edir: "Biz cənubda, şərqdə və hər yerdə davam gətirməliyik. Müdafiədə, diplomatiyada, siyasətdə davam gətirməliyik. Birliyimizi qorumalıyıq, təkcə qələbəyə qədər deyil, həm də işğalçılar tərəfindən məhv edilmiş hər şeyi keyfiyyətcə bərpa etmək üçün. Hazırda Rusiya ordusu müvafiq ərazilərdə fəallığı artıraraq, Ukraynanın cənubunun işğal olunmuş ərazilərində mövqelərini möhkəmləndirməyə çalışır. Rusiya hərbi qüvvələrinin şərqdəki mövqelərindən bir hissəsini cənuba - Xerson və Zaporojye vilayətlərinə köçürülür. Lakin bu, onlara orada kömək etməyəcək. Rusiyanın bircə zərbəsi belə, hərbçilərimiz və kəşfiyyatçılarımız tərəfindən cavabsız qalmayacaq. Ukrayna Silahlı Qüvvələri işğalçıların istənilən yeni fəaliyyətinə cavab verməyə hazırdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA