Nazirlik: "Bu proses AMEA-nın ləğvi deyil..."

img

28-07-2022 [19:52]


"Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir".

Mia.az xəbər verir ki, bu, Təhsil Nazirliyinin Prezidentin bu gün Təhsil Nazirliyi ilə AMEA-nın bəzi qurumlaırnın bazasında yaratdığı yeni nazirliklə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA