Amerikalı general Bakıda: Maykl Vikman hərbi hissə və Tibb İdarəsinə baş çəkib - FOTOLAR

img

27-07-2022 [11:52]


ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA