Bu qanunu pozanlar cərimə olunacaq - İlham Əliyev daha iki qanuna dəyişiklik edib

img

25-07-2022 [17:42]


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.

Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.

İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA