Prezident sammit iştirakçılarına müraciət etdi: "Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət olunur"
25-07-2022 [20:07]
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir.
Mia.az xəbər verir ki, sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edir.
Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib.
Sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib.
Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər. Sammit çərçivəsində Qala Etnoqrafik Muzeyinə ziyarət, həmçinin mədəniyyətlərarası mübadilə tədbiri də baş tutacaq.
Sammitin bağlanış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
Sammitin sonuncu günü iştirakçıların Şuşa şəhərinə səfər etməsi planlaşdırılır.
Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, Sammit müddətində iştirakçılar ötən ilin noyabr ayında təsis edilmiş QH Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsini müzakirə edəcək və bu xüsusda müvafiq razılıq əldə olunarsa, Şuşa şəhərində Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq Təşkilatın loqo və bayrağının təsdiqlənməsi barədə qərar qəbul edilməsi gözlənilir.
Sammit iyulun 29-da yekunlaşacaq.
***
"Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti bu ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir".
Mia.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlanmış müraciətində bildirilib:
Sizi Bakıda səmimiyyətlə salamlayır, ən xoş arzularımı çatdırıram. Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir. Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik”.
Müraciətdə Azərbaycanın gənclər siyasətinə xüsusi diqqət ayırdığı bildirilir, həmçinin Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılmasının Azərbaycana olan yüksək etimadın göstəricisi olduğu vurğulanır.
***
Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb.
Mia.az XİN-ə istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib.
Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. Prezidentin müraciətində, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət çəkilib və qeyd olunub ki, Hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin bir il daha – 2023-cü ilin sonunadək uzadılması Sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.
Daha sonra BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin sammit iştirakçılarına videomüraciəti nümayiş edilib. Həmin videomüraciətdə Abdulla Şahid QH Gənclərinin Sammitini təşkil etdiyi üçün Azərbaycan sədrliyinə minnətdarlıq ifadə edib, xüsusən post-pandemiya dövründə gənclərin rolunun vurğulanmasının təqdirəlayiq hal olduğunu qeyd edib.
Açılış mərasimində, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib, ötən ilin noyabr ayında yaradılmış Şəbəkənin ötən müddət ərzində gördüyü işlər və gələcək planlardan bəhs edib.
Açılış sessiyasında Sammitin iştirakçıları və QH Gənclər Şəbəkəsinin üzvlərindən əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müvafiq nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və sairə qonaqlar iştirak edib.
Daha sonra tədbirin proqramına uyğun olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri milli qismdə çıxışlar səsləndirib, yekun sənədləri müzakirə ediblər.
İyulun 29-dək davam edəcək Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib