"Aktiv hərbi əməliyyatlar davam edir, rus mövqelərinə güclü zərbələr endirilir" - Döyüş zonasından son məlumat yayıldı

img

23-07-2022 [10:40]


Ukrayna hərbçiləri cəbhə xəttinin bütün istiqamətlərində aktiv hərbi əməliyyatları davam etdirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun aviasiya və raket-hücum bölmələri Rusiyanın istehkamlarına, anbarlarına və bir yerdə olan şəxsi heyətinə güclü zərbələr endirir. Bununla belə, Rusiya ordusu da atəşədavam edir:

"Slobojanski istiqamətində Rusiyanın əsas səyləri Xarkov vilayətinin şimal və şimal-şərqində Ukrayna qoşunlarının sərhədə doğru irəliləməsinin qarşısını almağa yönəldilib.

Xarkov istiqamətində Rusiya aktiv əməliyyatlar keçirməyib. Bununla belə, onlar Xarkov, Zoloçev, Pitomnik, Borşova, Lesnoye, Russkiy və Çerkasskiy Tişki və Mospanovo yaşayış məntəqələri ərazilərində tanklardan, toplardan və raket artilleriyasından atəş açıblar.

Kramatorsk istiqamətində Rusiya Verxnekamenskoye, Starodubovka, Piskunovka, Seversk, Beloqorovka və Qriqorovka yaxınlığında tanklardan, toplardan və raket artilleriyasından atəş açıb.

Verxnekamenski və Seversk istiqamətində hücum hərəkətləri ukraynalı müdafiəçilər tərəfindən uğurla dəf edilib.

Baxmut istiqamətində Rusiya Yakovlevka, Soledar, Baxmut, Pokrovski, Baxmutski və Novoluqanski rayonlarını artilleriya atəşinə tutub, Novoluqanski rayonuna hava zərbələri də endirilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA