Prezident İlham Əliyev daha bir sərəncam imzaladı - Dəyişiklik

img

22-07-2022 [17:20]


Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni sərəncama əsasən, bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin sayı artırılıb.

Belə ki, Komissiyaya kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri daxil edilib. Bununla da, Komissiyanın üzvlərinin sayı 9-dan 12-yə çatdırılıb.

Komissiyaya energetika naziri sədrlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA