Ukrayna ordusu Rusiyaya qarşı yeni əks-hücuma hazırlaşır: "Tezliklə xoş xəbərlər olacaq"

img

21-07-2022 [17:31]


“Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bütün ərazilərinin azad olunması üçün ciddi şəkildə mümkün olan hər şeyi etməyə hazır ovqatdadır”.

Mia.az “Ukraine online”yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb.

O bildirib ki, tezliklə yeni əraziləri işğaldan azad olunması ilə bağlı çoxlu sürprizlər olacaq.

Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belarusun təxribat törədə biləcəyinə diqqəti çəkib: "Belarus istiqamətdən ərazimizə təhlükə var və biz oradakı hərəkətləri diqqətlə izləyirik. Ukrayna hərbçiləri mümkün hücuma hazırdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA