Rusiya müdafiə naziri Ukrayna PUA-ları ilə bağlı əmr verib

img

20-07-2022 [11:53]


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin “Qərb” qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir komanda məntəqəsində qrup komandiri general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.

Dinləmədən sonra ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonlar üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması barədə göstərişlər verib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA