Xeyrəddin Qocadan İsa Muğannanın qızına dəstək gəldi: "İcra Hakimiyyəti çox böyük səhv edir" - İH-dən reaksiya (Yenilənib)
20-07-2022 [14:37]
Ötən günlərdə Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğannanın Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafanın “Muğanlı” kəndində mərhum yazıçının ev muzeyinin yaradılmasına razılıq verməməsi ilə bağlı geniş açıqlaması böyük rezonans doğurub.
Mia.az-ın məlumatına görə, mövzu ilə əlaqədar Bizim.Media-ya danışan yazıçı Xeyrəddin Qoca bildirib ki, İcra Hakimiyyəti buna icazə verməməklə çox böyük səhv edir:
“Ağstafa Rayon İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyinin yaradılmasına icazə verməməklə çox böyük səhv edir. İsa Muğannanın əsərləri Azərbaycan ədəbiyyatının inciləri sırasındadır. Görkəmli ədiblərimizin bir çoxunun: Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Abdulla Şaiqin doğulub böyüdükləri ərazilərdə ev muzeyləri var. Bu baxımdan Azərbaycanın özü boyda dərin ədəbi əsərlər yaradan görkəmli yazıçımız İsa Muğannanın da, ev muzeyinin yaradılması onun halal haqqıdır. Bu həm də sağlığında böyük yazıçının öz arzusu olub”.
Məmurların yazıçıları, incəsənət xadimlərini, böyük şəxsiyyətlərimizi tanımamasından gileylənən Xeyrəddin Qoca mövzu ilə bağlı maraqlı bir müqayisə də aparıb:
“İndi siz Ağstafanın İcra Başçısından soruşsanız ki, İsa Muğanna kimdir? – Onu tanımayacaq. Halbuki, onun övladları nə vaxtsa ədəbiyyatımızı vərəqləyəndə, İsa Muğanna əsərlərindən bəhrələnəcəklər.
Əgər başçı İsa Muğannanı tanımırsa, o boyda qurumda onu tanıyan bir şəxs yoxdur ki, İsa Muğannanın müasir ədəbiyyatımızın simalarından biri olduğunun fərqinə varıb bilməyənlərə izah etsin.
Prezidentin söz-sənət adamlarına bu qədər dəyər verdiyi bir vaxtda, məmurların sənət adamlarına qiymət verməməsi çox acınacaqlı bir haldır”.
Xeyrəddin Qoca bildirib ki, ümidvaram ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi tezliklə bu məsələ ilə maraqlanacaq və lazımi reaksiyanı verəcək.
P.S. Rayon İcra Hakimiyyətindən Mia.z-a bildirilib ki, Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi, "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR