Tbilisidə gərginlik: Baş nazirin istefası tələb olunur - Yenilənib
03-07-2022 [23:37]
Tbilisidə keçirilən “Evə, Avropaya” şüarlı mitinqin iştirakçılarının bir qismi hakim Gürcü Arzusu Partiyasının mərkəzi qərargahına doğru yürüş edib.
Mia.az “Report”a istinadla xəbər verir ki, ofisin yaxınlığına çatan aksiyaçılar “Get, get!” şüarı səsləndirirlər.
Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.
Mitinq iştirakçılarının bir hissəsi isə gecəni parlamentin binası önündə keçirməyi planlaşdırıblar. Onlar səhər saatlarında hökumət administrasiyasının binası qarşısında aksiya keçirəcəklərini bildiriblər.
***
Tbilisidə keçirilən mitinqin təşkilatçıları yeni ultimatumla çıxış ediblər.
Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 24:00-dək istefa verməsi tələb olunub.
Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.
Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək.
****
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi mitinq keçirilir.
Bu gün saat 20:00-da aksiya təşkilatçılarının iyunun 24-də baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdüyü ultimatumun vaxtı başa çatıb.
Aksiya səbəbindən mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Ərazidə və ətrafda yerləşən dövlət qurumlarının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyir.
Təşkilatçılar bu gecə aksiyaçıların Rustaveli prospektində qalacağını bildiriblər.
Qeyd edək ki, Tbilisidə “Evə, Avropaya” şüarlı kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər/Report.
Mia.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb
“Azəriqaz”da yeni direktor təyinatı olub
Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi