Zelenski NATO sammitində: "Ukraynanı tək silahla deyil, həm də..." - "Rusiya Avropanı alçaltmağa çalışır"
29-06-2022 [15:47]
"Ukraynanı tək silahla deyil, həm də Rusiyaya qarşı maliyyə və sanksiyalarla dəstəkləyin".
Mia.az xəbər verir ki, bu sözləri Mdriddə keçirilən NATO-nun iclasına videoformatda qatılan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, hazırda ölkəsi və NATO eyni amal uğurunda mübarizə aparır:
“Bizim də sizinlə eyni məqsədlərimiz var: Avropada və dünyada sabitlik. Buna görə də bu hücuma ləyaqətlə cavab vermək üçün bizə köməklə bağlı sizdən dəstək istəyirik. Bütün Atlantik cəmiyyəti vahid cəbhə yaratmalıdır. Bu, Ukraynaya qarşı müharibə deyil. Bu, Avropada yeni qaydalar yaratmaq və yeni dünya nizamını təmin etmək üçün aparılan müharibədir. Bizim indi sizin dəstəyinizə, ağır silahlara ehtiyacımız, - var. Dinc sakinləri Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün Ukraynanın müasir raketlərə və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var. Onları bizə verməklə, siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhalini qorxutmaq taktikasını tamamilə poza bilərsiniz. Bu, əsas məqamdır. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə edilən raketlərin məsafəsindən azdır. Tərəfdaşların köməyi olmadan dövlət belə bir təhlükəyə necə cavab verə bilər? Siz bu yardımı bizə edə bilərsiniz. Bizim, həmçinin daha çox artilleriyaya ehtiyacımız var”.
Zelenski daha sonra İsveç və Finlandiyanın NATO-ya üzvülük məsələsini alqışlayıb: "NATO-nun şərq sərhədləri ilə bağlı yanaşma dəyişməlidir. Alyansın şərqdəki bütün üzvlərinin, bütün qonşularımızın Ukraynanın NATO-ya üzvlüyünə tərəfdar olması təsadüfdürmü? Xeyr, bu təsadüf deyil. Bu, məntiqli yanaşmadır. Çünki onlar bizmi regionumuz barədə, buradakı həyat barədə məlumatlıdırlar. Ukrayna kifayət qədər bədəl ödəməyibmi? Həm Avropanın, həm də bütövlükdə sivilizasiyanın qorunub saxlanmasına verdiyimiz töhfə kifayət deyilmi? Yəni başqa nə lazımdır? Bizə lazım olanı deyə bilərəm: bizə təhlükəsizlik zəmanəti lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız. İndi NATO-nun iki yolu var: ya Ukraynaya qələbə üçün kifayət qədər təcili yardım verməlidir, ya da Rusiya ilə NATO arasında təxirə salınmış müharibə olacaq. Bu, Rusiyadır ki Avropanı alçaltmağa çalışır. Aclıq Avropada miqrasiya dalğaları yaratmaq üçün bir alətdir, təzyiq vasitəsidir. Eyni şey enerjiyə də aiddir. Rusiya bunu sizi alçaltmaq, tamamilə asılı vəziyyətə salmaq, azadlığınızdan imtina etmək üçün edir”.
Mia.az
"Fənərbağça"nın hücumçusu "Everon"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb
“Azəriqaz”da yeni direktor təyinatı olub
Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb