Ceyhun Bayramovla Lavrov brifinqdə: "Bu proses formatın girovu ola bilməz" - "Bu, ABŞ-ın təşəbbüsü ilə baş verib..." (FOTOLAR/Yenilənib)
24-06-2022 [16:23]
“Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
O, bu münasibətlərin uzun tarixə malik olduğunu və indiyədək ölkələr arasında 200-dək müqavilə və sazişin imzalandığını deyib.
Nazir qeyd edib ki, Şimal-Cənub layihəsi daha da inkişaf etdirilə bilər: "Hazırda əsas diqqət regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib. Bununla əlaqədar olaraq, Şimal-Cənub layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu layihə öz səmərəliliyini göstərib və daha da inkişaf etdirilə bilər".
O, Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf etdirdiklərini və Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələrə malik olduğunu xatırladıb.
Nazirin sözlərinə görə, münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur.
O deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir: "Bu proses formatın girovu ola bilməz. Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib. Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik”.
Nazir qeyd edib ki, Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır: “Əgər regionda kimsə bunun asan olduğunu düşünürsə, mən onlara azad edilmiş əraziləri görməyi təklif edirəm”.
Sergey Lavrov isə ilk əvvəl deyib ki, Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir: “Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndirir. Hazırda iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlıq daha da dərinləşdirilib. Payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri fevtivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq. Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”.
Rusiya XİN başçısı Qarabağ mövzusuna toxunaraq bildirib ki, ATƏT-in Minski qrupu fəaliyyətini dayandırıb: "Bu, ABŞ-ın təşəbbüsü ilə baş verib...".
Nazirin sözlərinə görə, Rusiya iqtisadi operatorlarının Azərbaycan ərazilərinin postmünaqişə bərpasına qoşulmasında maraqlıdırlar: “Biz Rusiyanın iqtisadi operatorlarının Azərbaycan ərazilərinin münaqişə sonrası bərpasına qoşulmasında maraqlı olduğumuzu təsdiq edirik”.
Lavrov daha sonra Kütləvi informasiya vasitələri ilə bağlı Azərbaycan Prezidenti ilə müzakirə apardıqlarını deyib: “Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Tərəflərin gətirdiyi nümunələri bilirik. Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin xüsusi tədbirlər silsiləsinin keçirəcəyik, açıq şəkildə bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq danışacağıq. Razılaşmışıq ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil edəcəyik”.
Ceyhun Bayramov isə bildirib ki, bir sıra Azərbaycan KİV-lərinin Rusiyada bloklanması rəsmi Bakını narahat edir: "Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan səfəri zamanı müzakirə olundu. Son aylarda bir sıra problemli məsələlər ortaya çıxdı. Bir sıra Azərbaycan KİV-ləri Rusiyada bloklandı, bu ay isə “RİA Novosti” Azərbaycanda bloklandı. Bu mövzu bizi təbii ki, narahat edir. Bugünkü görüşlərdə bu məsələyə toxunduq. Əsas diqqət bu cür halların nəticələrinin deyil, baş verməsinin qarşısını almağa yönələn mexanizmlərin hazırlanması zərurətinə yönəldildi. Bizə elə gəlir ki, onların baş verməsinin qarşısını almaq daha səmərəli olar. Bu baxımdan, "dəyirmi masa"ların keçirilməsi faydalıdır”.
Daha sonra çıxış edən Lavrov deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.
Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib: “Rusiya zəruri məsləhət xidmətləri göstərməyə hazırdır. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına da kömək etməyə hazırıq”.
Rusiya XİN başçısı “3+3” regional formatına da sabiq olduqlarını sözlərinə əlavə edib.
Ceyhun Bayramov isə deyib ki, Azərbaycan təkcə sözdə deyil, sülh danışıqları üçün real fəaliyyətdə da buna səy göstərir: "Mən indi detallara varmayacağam, konkret 3 nümunə gətirəcəyəm".
O qeyd edib ki, müharibə bitəndən dərhal sonra Azərbaycan müharibə səhifəsini çevirməyə və iki ölkə arasında sülhün bərpasına başlamağa hazır olduğunu bildirib.
Nazir bu fikri səsləndirməyin asan olduğunu düşünənlərə məsləhət görüb ki, azad olunmuş ərazilərə səfər etsinlər: “Və orada bizim gördüklərimizi görsünlər. Bütün bunlardan sonra çox qısa müddət ərzində belə açıq şəkildə bu fikri səsləndirmək siyasi cəsarət tələb edir. Bunun üstündən bir ildən çox keçsə də, qarşı tərəfdən reaksiya olmadı”.
XİN rəhbərinin sözlərinə görə, 2022-ci ilin fevral ayında isə Azərbaycan növbəti addımı ataraq Ermənistan tərəfinə ölkələrarası münasibətlərin bərpası ilə bağlı 5 əsas prinsipi təqdim edib: “Yeri gəlmişkən qeyd edim ki, bu addım pozitiv qarşılandı və bundan sonra diplomatik aktivlik yarandı. Nəhayət, üçüncü olaraq onu qeyd etmək istəyirəm ki, bu gün bizim müzakirələrimiz zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı mümkün treklərin içində ən çox kommunikasiya əlaqələrinin açılması məsələsində irəliləyiş əldə etdik. Düzdür, bununla bağlı hələ konkret heç nə yoxdur, amma hər halda düşünürük ki, normallaşma əldə etmək baxımından ciddi əhəmiyyət daşıya və irəliləyiş ola bilər. Xatırladım ki, üçtərəfli bəyanata kommunikasiya əlaqələrinin yaradılması ilə bağlı bəndin qoyulmasını tələb edən də Azərbaycan tərəfi idi”.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə etdikləri məsələlər açıqlanıb.
Azərbaycan XİN-dən Mia.az-a bildirilib ki, təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.
Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.
Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb