Azərbaycan XİN-dən Əfqanıstana mesaj: "İnsan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir"

img

22-06-2022 [14:15]


Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində paylaşım edib: “Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, Əfqanıstanın Paktika əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində 1 000-dən çox insan ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA