Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sülhə daha maraqlı olduğunu deyir:  "İmkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçular..."

img

22-06-2022 [13:36]


“3+3” konsultativ regional platformanın ikinci iclasının keçirilmə vaxtı və yeri razılaşdırılır".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır: "Buna görə də, imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın. Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR