Qazi-yazarın "Alabaş" və "Qara mamba" kitablarının təqdimatı keçirilib - FOTOLAR
22-06-2022 [12:42]
İyun ayının 21-də "Libraff" kitab mağazaları şəbəkəsinin " Park Akademiya" filialında Xüsusi Təyinatlı gizir, qazi-yazar Zaur Bayramoğlunun "Alabaş" və "Qara mamba" kitablarının təqdimat və imza mərasimi keçirildi.
Mia.az xəbər verir ki, tədbirdə Zaur Bayramoğlu yaradıcılığını sevərlər, ədəbi ictimaiəyyət və media nümayəndələri, Vətən müharibəsinin və ədibin "Qara mamba" kitabına daxil olan "Pusqu" povestinin real qəhrəmanları olan Xüsusi Təyinatlı zabitlər və onların istehkam müəllimləri baş gizir Yavər Qabulov, müəəlifin hal-hazırda üzərində işlədiyi "Fədailər" trilogiyasının real qəhrəmanları Ramin və Rza Yunusov qardaşları və b. iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan "Libraff"ın PR mütəxəssisi, bloger Sərxan Rüstəmov iştirakçılara Zaur Bayramoğlunun yaradıcılığı haqqında məlumat verərək, sözü qazi-yazarın özünə verdi. Hər iki yeni kitabı haqqında əsas məlumatları oxucuları ilə bölüşən müəllif Zəfər savaşında Hadrutun azad edilməsindən bəhs edən "Pusqu" povesti haqqında ətraflı danışdı və əsərin real qəhrəmanları kapitan Nicat Əbdürrəhmanovu, baş gizir Hamid İsayevi, gizir Mahir Məmmədovu iştirakçılara təqdim etdi. Xüsusi Təyinatlıların təqdimata gəlişləri kimi, çıxışları da iştirakçıların alqışları ilə qarşılandı.
Tədbirdə filoloq-tərcüməçi, şairə Sədaqət Əhmədova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, Yevlax rayonunda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusif qızı, 1990-cı illərdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda təqaüddə olan Ramiz Tağıyev, müharibə başlayandan bu günə kimi qazi və şəhid ailələrinin daimi ziyarətçisi, şəhidlər haqqında bir çox yazıların və video-çəkilişlırin müəllifi Aytən Məmmədova, "libraff"ın nəşrlər üzrə məsləhətçisi Əminə İbrahimli çıxış edərək, 1-ci qrup hərbi əlil olan Zaur Bayramoğlu Muradovu digər yazarlamızdan fərqləndirən xüsusiyyətləri, əvvəlcə silahı, hal-hazırda isə qələmi ilə daim Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrundakı yorulmaz və nikbin mübarizliyindən, Vətən qəhrəmanlarının hünərini tərənnüm etmək və onların qəhrəmanlıq tarixini əbədiləşdirmək yolundakı inadkar və əzmli zəhmətindən, bir hərbçi və tarixçi kimi bu mövzularda nümayiş etdirdiyi dərin biliyindən və bir yazar kimi bədii istedadının gücündən heyranlıqla söz açdılar, onun Azərbaycan əsgərinin mübariz siması olmasından qürur duyduqlarını ifadə etdilər.
Sonda Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad edən tədbir iştirakçıları müəlliflə və qazilərimizlə, eləcə də təqdimatla bağlı səmimi təəssüratlarını bölüşdülər, qazi-yazar Zaur Bayramoğlu Muradovun gənclərimizə hərbi vətənpərlik ruhunda yazılan əsərləri detektiv əsərlər kimi sevdirmək yolunda böyük iş gördüyünü təqdir etdiklərini bildirdilər. Tədbirin sonunda Zaur Bayramoğlu və onun Xüsusi Təyinatlı qazi-qəhrəmanları müəllifin kitablarını oxucular üçün imzaladılar.
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR