Allahşükür Paşazadə səfərər hazırlaşır
21-06-2022 [11:04]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriyaya səfər edəcək.
QMİ-nin Mətbuat Xidmətindən Mia.az-a səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.
QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış edəcəkdir. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr – Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin və diplomatlarının KAİCİİD-in Vyana toplantısında iştirakı nəzərdə tutulur.
İyunun 24-də Azərbaycanın Avstriyadakı Səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Multikulturalizm Mərkəzi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək baxımından müsbət imkan kimi dəyərləndirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın, dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Konfransın ünvanına Avstriyanın Baş Nazirinin və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub
Partiya sədri istefa verdi - Qızının parno görüntülərinə görə
Milli Məclisdə büdcə müzakirəsi davam edir
Dövlət katibinin müşaviri Bakıda Şəhidlər xiyabanında - FOTOLAR
Dünyanın ən güclü yığma komandaları - İlk 10-luq açıqlandı
Klinikada dava düşüb