İlham Əliyev Özbəkistana gedəcək
17-06-2022 [15:06]
Azərbaycan və Özbəkistanın analitik mərkəzləri “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.
Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.
Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
“Münasibətlərimiz dərin köklərə malikdir. Biz əsrlər boyu sülh və anlaşma şəraitində yaşamışıq və bir-birinə qardaş kimi münasibət bəsləmişik. Bu, uzunmüddətli perspektivdə münasibətləri qurmağa imkan verən təməl rolunu oynayır. Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşımız hesab edirik. Əməkdaşlığımız daim artan xətt üzrə inkişaf edir”, - Özbəkistan Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov bildirib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev isə vurğulayıb ki, dövlət başçılarının müəyyən etdikləri əməkdaşlıq istiqamətləri, o cümlədən nəqliyyat, enerji, iqtisadiyyat və ticarət sahələri üzrə əməkdaşlıq bundan sonra da inkişaf edəcək.
Onun sözlərinə görə, heç bir hərbi-siyasi bloklara qoşulmamış və müstəqil siyasət yürüdən yeganə postsovet ölkələri Azərbaycan və Özbəkistandır: “Hər iki ölkədə siyasi sabitlik hökm sürür. Məqsəd bazar iqtisadiyyatının, qlobal iqtisadiyyatla əlaqələrin inkişafı ilə bağlı islahatları davam etdirmək və dərinləşdirməkdir”/Report.
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq