İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib

img

17-06-2022 [12:19]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib.

Mia.az xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib.

Bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA