Ermənistan ordusunun generalı saxlanılıb

img

17-06-2022 [12:16]


Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb.

Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen Arutyunyan ilə Ermənistan Müdafiə Nazirliyindən xüsusilə külli məbləğdə maliyyə vəsaitini mənimsəmək məqsədilə Çexiya istehsalı olan bir milyon dollar dəyərində artilleriya sistemi alınıb. Halbuki onun qiyməti daha ucuz olub. Başqa bir iddiaya əsasən, 1 milyon 83 min dollar məbləğində imzalanan müqavilə nəticəsində tədarük edilən artilleriya sisteminin isə döyüş tapşırıqlarnın icrasında yarasız olduğu aşkarlanıb. Onun imzası ilə alınan silah və texnikadan 44 günlük müharibədə istifadə etmək mümkün olmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA