Prezident: "Azərbaycan Latviyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır"
16-06-2022 [17:37]
Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Zati-aliləri, dostlar.
Bu il Bakı Qlobal Forumunda çıxış etmək mənim üçün böyük şərəfdir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda ardıcıl olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu bu sahədə dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanıyıb. Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatına qoşulandan bəri Azərbaycan hərtərəfli və geniş gündəliyinin zənginləşdirilməsi üçün BMT-nin Nizamnaməsində nəzərdə tutulan məqsəd və vəzifələrə fəal töhfəsini verir. Həmçinin bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi qeyd olunur. Azərbaycanın UNESCO-nun fəaliyyətinin əsas prioritetlərinə sadiqliyi böyük alqışa layiqdir. Bu ilin nə üçün xüsusi bir il olduğunu göstərən daha bir faktı vurğulamaq istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etmişdir. Şuşa Azərbaycanın mühüm tarixi və mədəni məkanı kimi ölkənin mədəniyyət paytaxtı statusuna layiq görülüb.
Azərbaycan Latviyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır. Bu ilin əvvəlində Riqaya səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə görüşməkdən məmnun oldum. Biz Azərbaycanla nəqliyyat və logistika, eləcə də müdafiə sahələrində güclü əməkdaşlığımızı müzakirə etdik. Ümidvaram ki, tezliklə Azərbaycana səfər edəcəyəm.
Bu gün bu Forumda COVID-19 pandemiyası ilə mübarizədə irəliləyişi qeyd etmək və postpandemiya dövründə ən yaxşı qlobal həlli müzakirə etmək əvəzinə, biz Rusiyanın Ukraynadakı işğal qurbanlarını yad edirik. Latviya Ukraynanın yanındadır və biz Ukraynanı hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləyirik. Rusiyanın məsuliyyətini beynəlxalq hüquq baxımından müzakirə etmək çox böyük əhəmiyyətə malikdir. Bu məsuliyyəti gücləndirmək üçün bütün imkanlar var. Onlar hər vasitə ilə beynəlxalq hüququn normalarına riayət etməlidirlər - Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, sanksiyalar, Xüsusi Beynəlxalq Tribunal, milli araşdırmalar. Rusiyanın təcavüzü bizə onu göstərir ki, qanuna tabe olan hər bir xalq təcavüzkarı dayandırmaq və Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün birlikdə hərəkət etməlidir.
Xanımlar və cənablar, Qlobal Bakı Forumunu yüksək qiymətləndirirəm, çünki dinlərarası və mədəniyyətlərarası platforma olaraq dünyada dialoq üçün çox gözəl yerdir. Bu Forumda sizə zəngin müzakirələr və ən yaxşı həll yollarının tapılmasında uğurlar arzulayıram”.
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq