Conson Prezident İlham Əliyevə məktub göndərib: "Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik"
16-06-2022 [13:27]
Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb.
Mia.az-ın xəbərinə görə, məktubda deyilir:
"IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm.
Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini Forumun əsas mövzusu etmək qərarınızı yüksək qiymətləndirirəm. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə qarşı edilmiş bir hücumdur. Mariupol va Ukraynanın digər şəhərlərində sakinlərin vəhşicəsinə qətli və şəhərlərin tamamilə dağıdılması gələcəyə qorxulu mənzərə təqdim edir: beynəlxalq hüquqdan imtina və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın davranışı təhlükəsizlik və dünyanın böyük hissəsi üçün uzunmüddətli nəticələrə səbəb olacaq - yalnız Putinin çirkin blokadasının qlobal ərzaq təhlükəsizliyinə olan təsirinə baxmaq kifayət edir. Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandırmaq, həyati humanitar və iqtisadi yardım göstərmək və Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik.
Siz həmçinin enerji təhlükəsizliyi və keçidi məsələsini də vurğuladınız. Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidan qurulmasının ən intensiv mərhələsinə yaxınlaşınq. Biz Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır. Eyni zamanda iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatlan sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbəlarinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sifira nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq.
Forumdan əlavə olaraq, mən bilirəm ki. Azərbaycan pandemiyadan sonra biznes üçün qapılarını yenidən uğurla açdı, "AVRO-2020" futbol turniri və "Formula 1" yarışına uğurla ev sahibliyi etdi. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə birgə fəaliyyət göstərərək cəsarət və bacarıqlarını nümayiş etdirdilər və hava limanının mühafizəsi üçün son ana qədər koalisiya qüvvələrinə dəstək oldular.
Ölkənizin 2020-ci ildə geri qaytardığı qərb əyalətlərinin inkişafı haqlı olaraq xalqınız üçün əsas məqsəddir. Bu əyalətlərin mədəni mübadilə, yaşıl texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etməsi üçün imkanlar var. Lakin münaqişədən sonra belə bu istiqamətdə maneələr hələ də qalır. Minalar və digər döyüş sursatları bu əyalətləri yararsız hala salıb. Mən çox şadam ki, Britaniyanın minatəmizləmə üzrə ekspertləri və şirkətləri bu təhlükəni aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ila birgə çalışırlar. Azərbaycanın yeni minaların qoyulmaması öhdəliyini götürməsi və Piyada əleyhinə Minaların Qadağası Konvensiyasını imzalaması barışıq və sakinlərin həmin torpaqlara uğurla köçürülməsi istiqamətində böyük addım olardı və həmçinin regional liderliyini göstərərdi.
Forumun uğurlu keçməsi üçün ən xoş arzularımı qəbul edin".
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq