"RUS ORDUSU POLŞAYA GİRƏCƏK" - Müdafiə nazirindən sensasiyalı xəbərdarlıq

img

15-06-2022 [23:00]


"Ukrayna müttəfiqləri ilə birgə Rusiya ordusunu dayandırmasa, o Polşaya girəcək".

Bunu Polşanın “Polsat News” televiziyasına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Nazir bildirib ki, Ukrayna xalqı ciddi müqavimət göstərib. Bu səbəbdən Rusiya 72 saat ərzində Kiyevi tuta bilmədi, indisə Ukraynanın müqavimət göstərə bilməsi üçün müttəfiqlər də dəstəyi davam etdirməlidir: “Əgər Ukrayna sizin köməyinizlə rusları dayandırmasa, onlar sizə də gələcək. Sizin övladlarınız bu gün cəbhədə həlak olmur. Biz azad Varşava üçün qanımızı axıdırıq”.

Reznikov bildirib ki, Polşanın təqdim etdiyi “Krab” haubitsaları ölüm hallarının azalmasına kömək edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA