Blinkenin müavini Bakıda Bəxtiyar Hacıyevlə görüşüb - Nələr müzakirə edilib? 

img

13-06-2022 [20:04]


Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Kara McDonald ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb. 

Mia.az xəbər verir kibildirir ki, bu barədə Bəxtiyar Hacıyevin özü paylaşım edib.

O bildirib ki, bir saat davam edən görüş zamanı regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki vəziyyət barədə açıq müzakirə aparılıb. “Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam edib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR